29 Aprel 2024
Oturaq işlərin yaratdığı xəstəliklər – Həkim AÇIQLADI

Oturaq işlərin yaratdığı xəstəliklər – Həkim AÇIQLADI

20 Aprel 2023
Baxış: 311

Müasir dünyada bir çox insanlar günün çox hissəsini ofisdə kompüter arxasında keçirirlər. Amma bu həyat tərzi, yəni fiziki fəaliyyətsiz halda qalmaq bir çox xəstəliklərin inkişafına səbəb ola bilər.

AJMEDİA.İNFO lent.az-a istinadən xəbər verir ki, bu barədə həkim Mariya Voronenko "Telegram" kanalında məlumat verib.

Mütəxəssisin sözlərinə görə, tez-tez ofis işçiləri karpal tunel sindromunu inkişaf etdirir. Bu patoloji vəziyyət əllərimiz daim fleksiyon-ekstansor hərəkətləri yerinə yetirdikdə baş verir.

Qeyd edək ki, karpal tunel sindromu əllərdə, qollarda uyuşma və zəifliyin tətbiq olunmasına deyilir.

Həmçinin, oturaq iş gözdə yanma, yad cisim və ya göz yorğunluğu yaradır.

Oturaq işdə çalışan ofis işçiləri tez-tez osteoxondrozdan da şikayət edirlər. Xüsusən də duruş pozğunluğu və artıq çəki problemi olanlar bundan daha çox əziyyət çəkir.

Həkim həmçinin, varikoz damarlarını və qan təzyiqi ilə bağlı problemləri də qeyd edib.

Araşdırmalara görə, oturaq işlərdə daimi fasilələr həyata keçirilməlidir. Belə ki, 5 dəqiqəlik gəzintilər oturaq həyat tərzinin yaratdığı mənfi nəticələrin qarşısını ala bilər.