Bu bürclər mayda PUL İTİRƏCƏKLƏR - XƏBƏRDARLIQ!
dünən 18:00Operativ Qərargah MÜHÜM MƏLUMAT YAYDI - SON DƏQİQƏ!
06 Dekabr 2022
Baxış: 247
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 824 574 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 298 nəfər müalicə olunaraq sağalıb, 9 984 nəfər vəfat edib, aktiv xəstə sayı 292 nəfərdir.
Ölkədə son sutka ərzində 2 662, hazırkı dövrədək isə 7 385 915 test aparılıb.