29 Aprel 2024
“Onun cinsini müəyyənləşdirə bilibmi cənab Xamneyi?” - VİDEO

“Onun cinsini müəyyənləşdirə bilibmi cənab Xamneyi?” - VİDEO

23 Yanvar 2023
Baxış: 593

Tanınmış jurnalist Mirşahin Ağayev müəllifi olduğu verilişdə İran-Ermənistan münasibətlərindən də söz açıb.

AJMEDİA.İNFO xəbər verir ki, o, “Mir Şahinin vaxtı” verilişində İrəvan-Tehran şəhərlərinin qardaşlaşmasından, eləcə də Ermənistan rəhbərliyinin İrana səfərindən danışıb.

“İranın Azərbaycandakı casusları, dəstəkçiləri Davos formundan o qədər cahil və cindar görünürdülər ki... Cındır demirəm ha, qarışdırmayın. Elə buna görədir ki, İran adlanan ərazi və əhali məkanının başımızın üstündə İrəvanla qardaşlaşması, “Ya Fatimə” deyilən dilləri ilə Paşinyanın arvadını çağırmaları diqqətsiz qalır. “Ya Əli” deyən dodaqlar haramcasına “Ya Paşinyan” deyə məscidə donuz bağlayana doğru uzanır. Axı müsəlman olmağın bir şərti də var. Ermənistan kiçik toya qadirdir? Onun cinsini müəyyənləşdirə bilibmi cənab Xamneyi?” - Mirşahin Ağayev qeyd edib.