29 Aprel 2024
“Onlar bunu öz həyatları ilə ödəyəcəklər” - Netanyahudan SƏRT AÇIQLAMA

“Onlar bunu öz həyatları ilə ödəyəcəklər” - Netanyahudan SƏRT AÇIQLAMA

12 May 2021
Baxış: 577

"Fələstinin "Həmas" və "İslam cihadı" qruplaşması İsrailə qarşı hərəkətlərinə görə yüksək bədəl ödəyəcəklər".

AJMEDİA.info "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

"Biz vəziyyəti qiymətləndirmək üçün təhlükəsizlik qüvvələrinin iştirakı ilə iclas keçirdik. Mən bu gün sizə deyirəm - onlar bunu öz həyatları ilə ödəyəcəklər. Biz mənfur düşmənə qarşı birik", - deyə Netanyahu deyib.

Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı "İzzəddin al-KassaBim briqadaları" İsrailin Təl-Əviv şəhərinə və onun ətrafına tərəf 130 raket buraxdığını elan edib. “The Times of Israel” qəzeti isə bildirib ki, HƏMAS silahlılarının İrailin Təl-Əviv şəhərini raket atəşina tutması nəticəsində 1 nəfər həlak olub, azı 8 nəfər xəsarət alıb. Atəş zamanı 1 avtobus yanıb.