09 May 2024
“Omikron” ştamının viral hissəciklərinin görüntüləri yayıldı - FOTO

“Omikron” ştamının viral hissəciklərinin görüntüləri yayıldı - FOTO

21 Dekabr 2021
Baxış: 574

Koronavirusun “Omikron” ştamının viral hissəciklərinin fotoları dərc olunub.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı görüntülər “Rospotrebnadzor”un nəzdində fəaliyyət göstərən “Vektor” Dövlət Elmi Virusologiya və Biotexnologiya Mərkəzinin saytında yayımlanıb.

Məlumata görə, hüceyrələr virusa yoluxduqdan sonra altıncı gündə yetişdirilən xüsusi flakonların səthindən götürülüb. Şəkillərdə hüceyrədaxili şəbəkənin genişlənmiş borularını təmsil edən vezikulyar strukturlar göstərilir (onların iştirakı ilə hüceyrənin həyatı üçün zəruri olan zülalların, lipidlərin və digər maddələrin sintezi və nəqli baş verir).

Qeyd olunur ki, “Omikron” ştamı vəziyyətində qeyri-adilik ondadır ki, virus yavaş-yavaş toplanır və digər ştamlardan fərqli olaraq infeksiyanın altıncı günündə kütləvi hüceyrə ölümünə səbəb olmur.

“Ümumilikdə, “Omikron” ştamı ilə yoluxmuş hüceyrələrin vəziyyəti digər ştamlarla yoluxduqda ikinci və ya üçüncü gündə görünə bilənlərə uyğundur”, - deyə alimlər izah edib.