27 Aprel 2024
Ofisdə yanğın təhlükəsizliyi üzrə vacib məqamlar – Rəhbər şəxslər bilməlidir!

Ofisdə yanğın təhlükəsizliyi üzrə vacib məqamlar – Rəhbər şəxslər bilməlidir!

29 Mart 2024
Baxış: 369

Günümüzdə bina strukturunda fəaliyyət göstərən Server otaqlarının texniki təhlükəsizlik qaydaları gözlənilməklə dizayn olunması çox mühüm məsələdir. SƏTƏM üzrə mühəndis Səbuhi Kərimlinin bu barədə tövsiyələrini təqdim edirik:

Bina strukturunda fəaliyyət göstərən Server otaqlarının texniki təhlükəsizlik qaydaları gözlənilməklə düzgün dizayn olunması bilavasitə yanğın təhlükəsizliyi riskini minimuma endirən inşaat normalarındandır. Qeyd etmək istərdik ki, Server otaqlarının texniki təhlükəsizlik qaydaları gözlənilməklə inşası və təmiri ilə əlaqədar hazırda yerli standart mövcud olmamaqdadır.

Server otaqlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş məqamlar ISO/IEC 27001-(ISMS) standartında qismən öz əksini tapmışdır. Bundan əlavə, beynəlxalq təcrübədə istifadə olunan layihələndirmə sənədlərinə nəzər saldıqda standartın daha təkmilləşmiş versiyasının tətbiqlərini görmüş olarıq. İcra olunan hər bir əməliyyat şirkətin məlumat-informasiya bazasının təhlükəsizliyinin qorunması məqsədi ilə tətbiq olunmuşdur.

Məlumat mərkəzinin bina strukturu, aparat resursları, kommunal xidmətlər infrastrukturu, həmçinin məlumat mərkəzi obyektini təşkil edən portativ və mobil avadanlıqlara xüsusi diqqət yetirilməli və təhlükəsizlik istismarı səbəbilə tədbirlər görülməlidir.

Server otağının təhlükəsizliyini təmin etmək üçün ilk addım aparıcı sənaye standartlarına tam uyğun olan otağın dizayn edilməsidir. Milli Standartlar və Texnologiya İnstitutu (NIST) kimi təşkilatlar, habelə hökumətlərin tənzimləyici orqanları server otağının təhlükəsizliyinin bütün aspektlərini əhatə edən təlimatlar və normalar təqdim edirlər.

Hər şeydən əvvəl bu otağın yerini elə seçmək lazımdır ki, mühitdə baş verən dəyişikliklər nəmişlik, istilik və s kimi amillər bu otağa təsir etməsin. Bununla yanaşı, mövsümə görə baş verən dəyişikliklərdən də gərək bu otaq kənarda qalsın və maqnit sahəsi əmələ gətirən elektrik xəttlərindən də gərək kənarda tikilsin.

Məlumat mərkəzlərinin və Server otaqlarının təhlükəsiz istismarı zamanı zəruri olan məqamları aşağıdakılardır:

1. Server otağının təhlükəsizliyi davamlı bir proses olmalı;

2. Fiziki təhdidlərdən qorunmaq üçün yalnız səlahiyyətli personalın obyektə daxil olmasına icazə verilməli;

• 24 saat müşahidə kamerası ilə təchiz olunmalı;

3. Server otağı dörd tərəfi beton divar və yanğına davamlı qapı ilə örtülməli;

• Otaq xaricində baş verə biləcək yanğın hadisələrinə görə isə otağın qapısı və divarları mütləq yanğına və şaxtaya davamlı maddə ilə örtülməlidir.Qapı xüsusilə elə düzəlməlidir ki, əgər, otaq xaricində yanğın olarsa, belə içəri heç tüstü də girməsin.

4. Yüksək döşəmə yəni, yerdən minimum 1 fut (30sm) olan antistatik və odadavamlı döşəmə tətbiq olunmalı(kabinadan kabelləri və soyutmanı(HVAC və FM 200) daha optimal idarə etmək üçün);

• Fəaliyyətin dayanmasına səbəb ola biləcək digər təbiət hadisəsi isə su basqınıdır. Su basqınlarına qarşı isə otağın döşəməsi mütləq hündür olmalıdır.

5. Qapılar 42(106 sm) və 48(122 sm) düym genişliyində ən azı 8 fut (2.44 metr) hündürlüyündə olmalı (tavan hündürlüyünün minimum 2.44m olması şərti ödənilməklə);

6. UPS enerji təchizatı ilə təmin olunmalı;

7. Minimum 18ºC ilə 20ºC arasında kondisioner tövsiyə olunur;

8. Yalnız CO2 agentləri ilə təchiz olunmuş avtomatlaşdırılmış yanğınsöndürən sistem ilə təmin olunmalı (FM 200);

• Tüstü detektorları və xəbərdaredici sistemlər quraşdırılmalı;

9. Server otağında avadanlıqların və ümumi otağın temperaturu yoxlamaq üçün Termal Rəqəmsal Kamera və Monitor ilə təchiz olunmalı;

10. AC sistemlərinin işləməməsi ilə bağlı kritik həyəcan siqnalları olmalı;

11. Nəmişlik əleyhinə sensorlar yerləşdirilməli;

12. Otaqda serverlərin qıza hissələrin bir birinə təsir etməməsi səbəbilə mümkün qədər bir server digəri ilə üzbəüz yerləşdirilməli;

13. Elektromaqnit maneələrin təsirini azaltmaq məqsədilə otağın işıqlandırılması üçün halogen lampalardan istifadə edilməsi tövsiyyə olunur;

Yanğın hadisələri, partlayışlar və qeyri-adekvat HVAC (havalandırma, isitmə və soyutma sistemləri) server otağının etibarlılığına təsir göstərir. Bu hadisələr server otağına geri dönməz ziyan vura bilər, xüsusən də saxlanılan məlumatlar lazımi surətdə təkrarlanmadıqda. Bu səbəblə yuxarıda qeyd olunanlar Server otaqlarının təhlükəsiz istismarı ilə bağlı tövsiyə olunanlardır.

Ofisdə yanğın təhlükəsizliyi üzrə vacib məqamlar – Rəhbər şəxslər bilməlidir!

Xeberle.com

Teqlər: SƏTƏM