28 Aprel 2024
Nazpəri Dostəliyeva uzun müddətdir görüşə bilmədiyi nəvəsinin FOTOLARINI YAYDI

Nazpəri Dostəliyeva uzun müddətdir görüşə bilmədiyi nəvəsinin FOTOLARINI YAYDI

03 Sentyabr 2023
Baxış: 349

Xalq artisti Nazpəri Dostəliyeva Rusiyada yaşayan nəvəsi Tamerlanla bağlı diqqət çəkən paylaşım edib.

AJMEDİA.İNFO
xəbər verir ki, müsahibələrində uzun müddətdir nəvəsi ilə görüşə bilmədiyini söyləyən sənətçi, nəhayət onunla bir araya gəlib.

Mərhum oğlu Əlinin övladı ilə görüşərkən çəkdirdiyi fotoları Nazpəri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Dostəliyeva paylaşdığı şəkillərə bu sözləri yazıb:

"Allah heç bir bəndəsinə daşıya bilməyəcəyi dərdi verməz. Ya rəbbim, şükür sənə. Övladlarımızı qoru. Allahım, sən böyüksən".


Qeyd edək ki, Nazpərinin mərhum oğlu Əli ölümündən bir neçə il əvvəl həyat yoldaşından ayrılmışdı. Tamerlan anası ilə birlikdə Moskvada yaşayır. Elə bu səbəbdən Dostəliyeva onunla uzun müddət görüşə bilməyib.