27 Aprel 2024
Nazirlik pensiyalarla bağlı MƏLUMAT YAYDI

Nazirlik pensiyalarla bağlı MƏLUMAT YAYDI

16 May 2023
Baxış: 368

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə may ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirlikdən AJMEDİA.İNFO-ya verilən xəbərə görə, mayın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin may ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.