29 Aprel 2024
Nazirin əmisi oğlu QƏTLƏ YETİRİLDİ - FOTO

Nazirin əmisi oğlu QƏTLƏ YETİRİLDİ - FOTO

19 İyul 2022
Baxış: 476

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun əmisi oğlu silahlı hücum zamanı öldürülüb.

AJMEDİA.İNFO "Hürriyet"ə istinadən xəbər verir ki, 59 yaşlı Sefa Dönmez Trabzonun Of rayonunda silahlı hücum nəticəsində həyatını itirib.

Hadisə axşam saatlarında rayonun Atatürk Bulvarında baş verib.


Sefa Dönməz ilə Fatih adlı şəxs ilə yaranan mübahisə zamanı sonuncu ona tapança ilə 5 dəfə atəş açıb.

Of Dövlət Xəstəxanasına aparılan Dönmez, həkimlərin bütün müdaxiləsinə baxmayaraq xilas ola bilməyib.

Hadisədən sonra Fatih adlı şəx əlindəki silahla birlikdə polisə təslim olub. Polis qətllə bağlı araşdırmalara başlayıb.

Fotoda: Türkiyənin daxili işlər naziri Süleyman Soylu

Türkiyə Daxili İşlər nazirinin yaxın qohumu öldürüldü - FOTO