Bu bürclər mayda PUL İTİRƏCƏKLƏR - XƏBƏRDARLIQ!
Cümə 18:00Nazirdən sərəncama götürülən rəisin yerinə TƏYİNAT
01 Sentyabr 2021
Baxış: 641
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
AJMEDİA.İNFO bildirir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Musayev Rəşad Eldar oğlu tutduğu vəzifədən azad edilib.
Nazirin digər əmri ilə R.Musayev Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi təyin edilib.
Qeyd edək ki bir müddət əvvəl həmin bölmənin rəisi, polis mayoru Rəşad Abdullayev vəzifəsindən azad edilərək sərəncama götürülüb.(oxu.az)