09 May 2024
Navalnıya görə sanksiyalar olacaq - Kemeron

Navalnıya görə sanksiyalar olacaq - Kemeron

18 Fevral 2024
Baxış: 418

Aleksey Navalnının ölümü ilə bağlı fərdi sanksiyaların tətbiqini nəzərdən keçirəcəyik.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Böyük Britaniya xarici işlər naziri Devid Kemeron "Skay Nyus" telekanalına müsahibəsində bildirib.

"Buna görə məsuliyyət daşıyan ayrı-ayrı adamların və bu istiqamətdə görüləcək tədbirlərin olub-olmamasına baxırıq. Sanksiyaları əvvəlcədən elan etmirik, ona görə də əlavə bir şey deyə bilmərəm", - Kemeron söyləyib.

Qeyd edək ki, fevralın 16-da rusiyalı müxalif lider, 47 yaşlı Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb. Onun ölüm səbəbi araşdırılır.