28 Aprel 2024
Narkotikə görə həbs edilən tanınmış meyxanaçı ilə bağlı QƏRAR - FOTO

Narkotikə görə həbs edilən tanınmış meyxanaçı ilə bağlı QƏRAR - FOTO

31 Avqust 2022
Baxış: 386

Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkum edilən Cavid Babaşov (Sumqayıtlı) barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.

AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində araşdırılan iş üzrə qərar elan olunub.

Hakim Elman Əhmədovun sədrlik etdiyi məhkəmə heyəti ittiham olunan şəxs barəsindəki hökmün dəyişdirilməsi üçün əsaslar olmadığı qənaətinə gəlib. Bunu nəzərə alaraq Cavid Sumqayıtlının şikayəti rədd edilib.

Xatırladaq ki, Cavid Babaşov bir il əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.

Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham elan edilərək, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Məhkəmənin hökmü ilə Cavid Babaşov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cavid Babaşov Cavid Sumqayıtlı adı ilə məşhur olan meyxanaçıdır.