27 Aprel 2024
Naməlum şəxs Londondakı sinaqoqa "Molotov kokteyli" atdı

Naməlum şəxs Londondakı sinaqoqa "Molotov kokteyli" atdı

03 Fevral 2021
Baxış: 1947

EJPress-in verdiyi məlumatına görə, Londonun Yəhudi bölgəsindəki Golders Greendə yerləşən sinaqoqun yanına Molotov kokteyli atılıb və bu da kiçik bir yanğına səbəb olub.

Hadisədə tələfat olmayıb, hadisəni törədən şəxs tutulub. Polis, əlavə olaraq həbs olunma səbəbinin onun tərəfindən bir neçə dəfə qayda pozuntusu olduğunu söyləyib.

Hadisə 2 fevralda baş verib. Polis, hadisədən sonra Beit Midraş sinaqoqunun ətrafını mühasirəyə alıb. Hadisə yerindən olan görüntülərdə yanğınsöndürənlərin binanın yaxınlığında kiçik bir alovu necə söndürməyə çalışdıqları görünür.

Polis hadisəni terrorla əlaqələndirmir. Yəhudi İcma Təhlükəsizlik Güvənliyi hadisədən xəbərdar olduqlarını söyləyib.

“Hazırda aydın olmayan hadisənin mahiyyətini müəyyənləşdirmək üçün polislə işləyirik. Xahiş edirəm polis vəziyyəti araşdırarkən ərazidən uzaq durun ”deyə YİTG sözçüsü Twitter-də yazıb.