29 Aprel 2024
Müxalifət Paşinyanı TƏNQİD ETDİ: "Türkiyəyə xilasedicilər göndərəndə..."

Müxalifət Paşinyanı TƏNQİD ETDİ: "Türkiyəyə xilasedicilər göndərəndə..."

08 Fevral 2023
Baxış: 552

Ermənistanın parlament müxalifətinin nümayəndələri Paşinyan hökumətinin Türkiyədə baş verən zəlzələyə reaksiyasını tənqid ediblər.

AJMEDİA.İNFO “Sputnika Armenia”ya istinadən xəbər verir ki, “Hayastan” fraksiyasının nümayəndəsi Aqvan Vardanyanın jurnalistlərə açıqlamasında ölkə hakimiyyətinin Türkiyənin 44 günlük müharibədəki rolunu unutduğunu deyib.

Deputat İrəvanın axtarış-xilasetmə əməliyyatlarında iştirak etmək üçün Türkiyəyə 27 xilasedici göndərməsini sərt şəkildə qınayıb.

"Aydındır ki, təbii fəlakət baş verib, insanlar, o cümlədən uşaqlar ölüb. Amma qərar verəndə bir müddət əvvəlki sözlərinizi xatırlamalısınız. Ən azı bir növ bütövlük, ardıcıllıq olmalıdır. İranda da zəlzələ olub, amma Ermənistan hakimiyyətinin hətta başsağlığı da verdiyini xatırlamıram”, - deyə Vardanyan Ermənistan rəhbərliyini ittiham edib.