27 İyun 2022

Azerbaijan, Baku

23°C/29°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

“Müharibəyə hazırıq, hücuma keçə bilərik” – İsraildən XƏBƏRDARLIQ

“Müharibəyə hazırıq, hücuma keçə bilərik” – İsraildən XƏBƏRDARLIQ

23 İyun 2022
Baxış: 375

İsrail müdafiə naziri Benni Qantz ölkəsinə qarşı mümkün hərbi əməliyyat olacağı təqdirdə Livan və “Hizbullah” terror təşkilatının ağır bədəl ödəyəcəyini bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, Qantz İsrail-Livan müharibəsinin 40-cı ildönümü üçün keçirilən mərasimdə iştirak etdikdən sonra Tvitter hesabında paylaşım edib.

Müdafiə naziri Livanda hərbi əməliyyat keçirmələri üçün tələb olarsa, “Hizbullah” və bu ölkənin bunun ağır əvəzini ödəyəcəyini deyib:

“İsrail vətəndaşlarına hər hansı təhlükə yaranarsa, bizə zərər vermək üçün istifadə olunacaq heç bir infrastruktur qətiyyən salamat qalmayacaq. Müharibəyə hazırıq, lazım gələrsə, yenidən Beyruta, Saydaya və Sura hücum edəcəyik”.

Qantz bildirib ki, bu durumda Livandan ediləcək mümkün hücuma qarşı da hazırlıq görürülür.(teleqraf)