29 Aprel 2024
Mövlud Çavuşoğlu ilə Taliban rəsmisinin görüşündə MARAQLI MƏQAM - FOTO

Mövlud Çavuşoğlu ilə Taliban rəsmisinin görüşündə MARAQLI MƏQAM - FOTO

15 Oktyabr 2021
Baxış: 811

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Əmirxan Muttakinin rəhbərlik etdiyi Taliban nümayəndələri ilə görüşündə bir məqam diqqətdən yayınmayıb.

AJMEDİA.İNFO xəbər verir ki, görüş zamanı iclas zalında Türkiyə bayrağı olsa da, Əfqanıstanın dövlət bayrağı yerləşdirilməyib.

Qeyd edək ki, Taliban Kabili ələ keçirdiyi vaxt ilk gördüyü iş Əfqanıstanın dövlət bayrağını endirib, təşkilat bayrağını qaldırması olmuşdu.(axar.az)