Bu bürclər mayda PUL İTİRƏCƏKLƏR - XƏBƏRDARLIQ!
dünən 18:00MOSSAD İranın yüksək rütbəli komandirini ƏLƏ KEÇİRDİ
22 İyul 2022
Baxış: 568
MOSSAD SEPAH-ın yüksək rütbəli komandirini ələ keçirdi.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən və Londonda yerləşən İran Beynəlxalq resursu məlumat yayıb.
Məlumatda bildirilir ki, İsrailin xarici kəşfiyyat xidməti MOSSAD İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən birini oğurlayıb.
Söhbət Mossad agentlərinin dindirdiyi Yadullah Xidmətidən gedir. Xidməti İraq, Suriya, Yəmən və Livana silah tədarükündə iştirakının etiraf edib.
Qeyd olunur ki, Xidməti SEPAH-ın logistika üzrə briqada generalının müavinidir.
Iran International iddia edir ki, əlində özünü “SEPAH komandiri Xidməti” kimi təqdim edən iranlı zabitin dindirilməsinin videosu var, lakin videonun özünü yaymayıb.(konkret.az)