28 Aprel 2024
Mişustin koronavirusdan müalicə olunduqdan sonra işə qayıdıb

Mişustin koronavirusdan müalicə olunduqdan sonra işə qayıdıb

19 May 2020
Baxış: 405

Rusiyanın Baş Naziri Mixail Mişustin yeni növ koronavirusdan (COVID-19) müalicə olunduqdan sonra işə qayıdıb.

AJM-in Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Baş Nazirin müavini Andrey Belausovun hökumətin sədri vəzifəsini icra etməsi haqqında sənədin bu gündən qüvvədən düşməsi barədə fərman imzalayıb.

Qeyd edək ki, M. Mişustin aprelin sonunda COVID-19-a yoluxub. Onun vəzifəsinin icrası isə müavini A. Belausova tapşırılıb.

Teqlər: Mişustin