27 Aprel 2024
Milli Məclisdə deputatlar arasında təqaüd yaşı ilə bağlı GƏRGİNLİK

Milli Məclisdə deputatlar arasında təqaüd yaşı ilə bağlı GƏRGİNLİK

29 Mart 2024
Baxış: 316

“Bu gün hansı müəllim 65 yaşında təqaüdə çıxmaqla razılaşır? Bütün qapıları döyür ki, məni təqaüdə çıxarmayın, mən biliklərimi hələ yeni-yeni çatdırıram”.

AJMEDİA.İNFO verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib.

“Hələ universitet müəllimlərini, həkimləri demirəm. 65 yaşda hələ yeni alimlik alanlar var. Ona görə təqaüd yaşı ilə bağlı məsələni kateqoriyalar üzrə ayırmalıyıq. Ağır işlər nəzərə alınmalıdır. 65 yaşlı insan daş daşıya bilməz, ancaq auditoriyada 30 yaşlı insandan daha yaxşı dərs deyə bilər”.

Deputat Sabir Rüstəmxanlı isə Siyavuş Novruzova etirazını bildirib:

"Təqaüdə çıxmaq işdən məhrum edilmək demək deyil, xahiş edirəm bu məsələləri qarışdırmayaq. İnsanlar 60 il işləyib sonra təqaüdə çıxmaq istəyir". (Sfera.az)