29 Aprel 2024
Millət vəkilindən ETİRAZ: "Bu camaatı niyə narazı salırsınız?"

Millət vəkilindən ETİRAZ: "Bu camaatı niyə narazı salırsınız?"

06 İyun 2023
Baxış: 384

“Müdafiə məsələsi təkcə ordunun güclənməsi deyil. Ön cəbhə ilə yanaşı ölkənin içi də güclənməlidir”.

AJMEDİA.İNFO Sfera.az-a istinadən xəbər verir ki, bu fikirləri parlamentin növbədənkənar iclasında çıxşı zamanı millət vəkili Sabir Rüstəmxanlı deyib:


“Ona görə də biz, əhaliyə elə şərait yaratmalıyıq ki, ordu ilə yanaşı hər bir vətəndaş öz dövlətinin əsgəri olmağa hazır olsun. Təəssüf ki, problemlər, narazılıqlar var və bu narazılıqları yaratmaq istəyən qüvvələr də var. Bunu gizlətməyə ehtiyac yoxdur”.

Deputat ölkədəki qaz probleminə də toxunub.

“Neçə ildir deyirik ki, dağ kəndləri qazsız qalıb və meşələr qırılır. İllərdir ki, qazlaşdırmanı uzadırlar. Bu camaatı niyə narazı salırsınız?”, - millət vəkili qeyd edib.