29 Aprel 2024
“Microsoft” və “Hitachi” şirkətləri genişmiqyaslı əməkdaşlığa başlayıb

“Microsoft” və “Hitachi” şirkətləri genişmiqyaslı əməkdaşlığa başlayıb

01 İyul 2020
Baxış: 394

"Microsoft" və "Hitachi" şirkətləri genişmiqyaslı əməkdaşlıq elan edib. Yapon şirkəti istehsalçılara öz fabriklərinin işini avtomatlaşdırmaqda və logistikanın səmərəliliyini yüksəltməkdə kömək etmək üçün bu əməkdaşlıq çərçivəsində tərəfdaşının "bulud" xidmətlərini təşviq edəcək.

AJM xarici KİV-lərə istinadən xəbər verir ki, çoxillik razılaşma "Microsoft" və "Hitachi" şirkətlərinin Asiya və Şimali Amerikadakı müştərək müştəriləri ilə işləmək üçün nəzərdə tutulub.

"Hitachi" şirkəti "Azure" "bulud" infrastrukturu, "Microsoft 365" və "Dynamics 365" proqramlarından istifadə edərək həmin müştərilər üçün istehsalın məhsuldarlığını, logistikanın optimallaşdırmasını və proqnozlaşdırıcı xidməti təmin edəcək.

"Biz "Microsoft"la əməkdaşlığımızı genişləndirməkdən, istehsal və logistik şirkətlərini rəqəmli həllərlə təchiz etmək üçün əməliyyat texnologiyaları və IT sahəsindəki nailiyyətləri öz məhsullarımızda tətbiq etməkdən məmnunuq", – deyə"Hitachi" şirkətinin vitse-prezidenti Cun Abe bildirib.

Teqlər: Microsoft