09 May 2024
“Meyvəli” gömrük terminalında OLAY: DGK sədri Səfər Mehdiyevin qohumu RÜŞVƏTƏ görə YAXALANDI

“Meyvəli” gömrük terminalında OLAY: DGK sədri Səfər Mehdiyevin qohumu RÜŞVƏTƏ görə YAXALANDI

15 Fevral 2022
Baxış: 803

Dövlət Gömrük Komitəsi (DGK) ilə bağlı Cumhuriyyet.az-a ilginc məlumat daxil olub.

AJMEDİA.İNFO xəbər verir ki, məlumatı ötürən mənbənin sözlərinə görə, DGK-nin sədri Səfər Mehdiyevin bacısının yoldaşının əmisi nəvəsi, bir müddət əvvəl "Meyvəli” gömrük postuna rəisi təyin olunan, gömrük polkovnik-leytenantı, özünü "Meyvəli” gömrük terminalının "allahı" adlandıran Cəfərov Davud Cabbar oğlu və 3 nəfər şəxs DGK-nın Əməliyyat idarəsi əməkdaşları tərəfindən rüşvət alarkən tutulub.

Baş vermiş olayla bağlı mənbənin məlumatında daha bir maraqlı məqam rüşvət pullarının ötürülməsi ilə bağlıdır. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, fevral ayının 9-da Əməliyyat idarəsi əməkdaşlarının apardığı operativ tədbirlər nəticəsində "Meyvəli" gömrük postunda xadimə işləyən qadından külli miqdarda pul vəsaiti götürülüb:

"Qadını ilkin dindirmə zamanı bundan əvvəl də rüşvət kimi ona verilən pulların hamısını Davud Cəfərova verdiyini bildirib. Bunun müqabilində isə Davud postda olduğu müddətdə onun burada işləyəcəyi və əlavə güzəştlər olunacağını bildirib. Hal-hazırda tutulan şəxslər sərəncama alınıb. Digər şəxslərin adları hələlik məlum olmasa da onların birbaşa post rəsinin tapşırığı ilə hərəkət etdiyi bilinir”.

Əldə olunan məlumata görə Davud Cəfərov gömrük generalının bacısı oğlu, Gömrük Komitəsində Audit Baş idarəsinin rəis müavini Cəfərov Asimanla biznes şərikidir. Generalın bacısı oğlunun nüfuzundən istifadə edərək o, indiyə kimi milyonlarla dövlət büdcəsinə getməli olan pul vəsaitlərini özü mənimsəyərək cinayət əməli törədib. Məlumata görə , genaralın bacısının yoldaşı Cəfərov Cəlilin bu məsələdən çox narahat olduğu və bu səbəbdən də generalla münasibətlərinin pisləşdiyi bildirilir. Araşdırmaların prokurorluq orqanlarına verilmədiyi və daxildə aparılması qeyd olunan şəxsin sərbəst buraxılması ehtimalını artırır. Əgər iş prokurorluq orqanlarına verilərsə Davud Cəfərovu 10 ildən 15 ilədək həbs cəzası gözləyir.