29 Aprel 2024
Məşhur futbolçu gizlincə müsəlman ənənəsi ilə evləndi - FOTOLAR

Məşhur futbolçu gizlincə müsəlman ənənəsi ilə evləndi - FOTOLAR

07 Yanvar 2022
Baxış: 512

“Mançester Siti”nin Əlcəzair əsilli fransalı hücumçusu Riyad Mahrez 23 yaşlı model Teylor Uordla gizli şəkildə evlənib.

AJMEDİA.İNFO xəbər verir ki, mərasim ənənəvi müsəlman üslubunda keçirilib.

Sevgililər bu ölkədə nikahın qanuni sayılması üçün Böyük Britaniyada daha bir mərasim keçirmək niyyətindədirlər.

“Riyad və Teylor indi İslam qanunlarına əsasən qanuni nikahdadırlar. Onlar üçün dini ənənələrə riayət etmək vacib idi. Mərasim qısa oldu. İndi onlar ikinci toya gedirlər. Teylor və Riyad xoşbəxtdirlər və bir-birlərini çox sevirlər”, – deyə mərasimin qonağı bildirib.

Cütlük 2021-ci ilin iyununda nişanlandıqlarını açıqlayıb. Riyad sevgilisinə təxminən 480 min avro dəyərində üzük hədiyyə edib.

Mənbə: Daily Mail