09 May 2024
Merkuri retrosu bürclərə necə təsir edəcək? – ASTROLOQDAN AÇIQLAMA

Merkuri retrosu bürclərə necə təsir edəcək? – ASTROLOQDAN AÇIQLAMA

13 Dekabr 2023
Baxış: 409

Merkuri planeti 14 dekabrda retroya başlayır və onun təsiri 2 yanvara qədər davam edəcək.

Bəs, Merkuri retrosu bürclərə necə təsir edəcək?

AJMEDİA.İNFO xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan astroloq Rəşad Hacıyev bildirib ki, bu ərəfədə yeni başlanğıclara başlamaq uğurlu hesab edilmir.

“Merkuri retrosu Oğlaq bürcündə olduğundan bürclərin iş və pul kimi problemləri aradan qalxa bilər. Səyahətlərə qarşı çox diqqətli olmaq lazımdır. Çox səyahət etməməkdə fayda var. Bu ərəfədə ağzımızdan çıxan sözlərə diqqət etməliyik, sözlərimiz yalnış anlaşıla bilər”.

Astroloq diqqətə çatdırıb ki, bu ərəfədə köhnə sevgili, yaxud dostlarınız geri dönərsə, onları bağışlamaq məsləhət görülmür.

“Bəzi işlərin çətin getməsi ani ləngimələr yarada bilər. Bu periodda heç kimin qeybətini etməməyə diqqət göstərmək lazımdır. Retronun enerjisi 1 həftəyə yaxındır ki, başlayıb və retro 2 yanvarda bitsə də, enerjisi 6-7 yanvara qədər davam edəcək”.