29 Aprel 2024
Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO

Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO

14 Sentyabr 2021
Baxış: 394

Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib.

AJMEDİA.İNFO xəbər verir ki,hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib.

Qeyd edək ki, Merkel ilk dəfə 2019-cu ildə Ukrayna prezidenti Vladimir Zelenskini qarşılayarkən titrəmə keçirib. O zaman kanslerin rəngi ağarıb və ayaq üstə dayanmaqda çətinlik çəkib. Elə həmin il Merkelin Britaniya Baş naziri Boris Consonun qarşılanma mərasiminə oturaq vəziyyətdə qatılması diqqətdən yayınmayıb.

Həkimlər titrəmələrin Parkinson və ya skleroz xəstəliklərinin müxtəlif formalarının əlamətləri olduğunu ehtimal ediblər. “Haber Global”