28 Aprel 2024
Mer söydü, Paşinyan ona şillə vurdu - Ermənistanda SON VƏZİYYƏT - FOTO
Mer söydü, Paşinyan ona şillə vurdu - Ermənistanda SON VƏZİYYƏT - FOTO

Mer söydü, Paşinyan ona şillə vurdu - Ermənistanda SON VƏZİYYƏT - FOTO

06 İyul 2021
Baxış: 771

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Bazar günü İrəvan meri Ayk Marutyan ilə görüşü zamanı onun üzünə şillə vurub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “İravunk” qəzeti yazıb.

Ermənistan nəşrinin iddiasına görə, öz növbəsində, Ayk Marutyan Paşinyana ədəbsiz sözlər deyib.

“İravunk” qəzeti öz mənbələrinə istinad edərək yazır: “İrəvan meri və Baş Nazir əvəzi uzun müddətdir gərgin münasibətlərdədir. Bu dəfəki görüşlərinin məqsədi barışıq körpüsü tapmaq idi, lakin bir anda ehtiraslar qızışıb. Hadisədən sonra Paşinyan Marutyana ən qısa müddətdə istefası üçün möhlət verib”./yenisabah/