29 Aprel 2024
Məktəbli qızdan səfərbərliyə ETİRAZ: Hərbi komissarlığa... - FOTO

Məktəbli qızdan səfərbərliyə ETİRAZ: Hərbi komissarlığa... - FOTO

03 Oktyabr 2022
Baxış: 365

Rusiyanın Kazan şəhərində 11-ci sinif şagirdi Sovetski rayon Hərbi Komissarlığını yandırmaq istəyib.

AJMEDİA.İNFO “BAZA” “Telegram”-a istinadən xəbər verir ki, məktəbli qız özü ilə götürdüyü üç “Molotov kokteyli”ndən ikisini binaya doğru atıb.

Onlar hədəfə dəyməyib və yalnız hərbi komissarlığın divarından bir neçə metr aralıda otları yandırıb.

Üçüncü “Molotov kokteyli” isə qız saxlanılarkən onun üzəridən tapılıb.

Məktəbli polisə izahatında bildirib ki, o, xüsusi əməliyyat və səfərbərliyə qarşı çıxaraq hərbi komissarlığı yandırmaq istəyib. Şagird polis bölməsində saxlanılır.

Krasnoyarskdakı hərbi komissarlığını da yandırmağa cəhd ediblər. Naməlum şəxs Sovetski və Çentralnı rayon hərbi komissarlığının binasına iki ədəd “Molotov kokteyli” atıb. Kiçik yanğın baş verib, yanğını binanı mühafizə edən polis söndürüb. Yanğın törədən şəxs tutulmayıb.