28 Aprel 2024
Məktəb direktorundan şəhidlərə HÖRMƏTSİZLİK – VİDEO

Məktəb direktorundan şəhidlərə HÖRMƏTSİZLİK – VİDEO

06 Oktyabr 2022
Baxış: 380

Sosial şəbəkədə 161 saylı orta məktəbin direktorunun tədbirdə şəhidlərin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükut zamanı ayağa qalxmaması ilə bağlı video yayılıb.

AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya bildirilib ki, paytaxtdakı 161 nömrəli tam orta məktəbdəki tədbirdə şəhidlərin xatirəsi anılan zaman direktor və yanında əyləşən şəxslərin ayağa qalxmaması ilə əlaqədar yayılan videogörüntülərlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Qeyd edilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bizim.Media