29 Aprel 2024
"Mançester Siti"nin futbolçusu azadlığa buraxıldı

"Mançester Siti"nin futbolçusu azadlığa buraxıldı

07 Yanvar 2022
Baxış: 449

Məhkəmə İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Benjamin Mendi ilə bağlı qərar verib.

AJMEDİA.İNFO"L Equipe" nəşrinə istinadən məlumatına görə, 4 qıza qarşı ümumilikdə 7 zorlamada ittiham olunan 28 yaşlı müdafiəçi girov müqabilində azadlığa buraxılıb.

İş üzrə növbəti məhkəmə prosesi yanvarın 24-də keçiriləcək. Hökmün iyun ayından tez elan edilməyəcəyi gözlənilir.

Fransalı oyunçu daha əvvəl məhkəmənin qərarı ilə ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Qeyd edək ki, Benjamin Mendi 2017-ci ildən "Mançester Siti"də çıxış edir.