28 Aprel 2024
Makrona xəbərdarlıq: "NATO ilə rəqabət etmək..."

Makrona xəbərdarlıq: "NATO ilə rəqabət etmək..."

07 Oktyabr 2021
Baxış: 528

NATO-nun Baş katibi Jens Stoltenberq ABŞ ilə Hind-Sakit okean regionunda yaşanan böhran səbəbindən Avropanın müdafiə sahəsində Vaşinqtondan asılılığını azaltmasının vacibliyini səsləndirən Fransa Prezidenti Emmanuel Makrona xəbərdarlıq edib.

AJMEDİA.İNFO xəbər verir ki, ABŞ-da səfərdə olan NATO baş katibi Pentaqon rəhbəri Lyod Austinlə bir araya gələrək müzakirələr aparıb.

Daha sonra Stoltenberq Georgetovn universitetində çıxışı zamanı NATO-ya paralel qurulacaq bir Avropa müdafiə mexanizminin ittifaqı zəiflətmə və parçalama riski yarada biləcəyini qeyd edib.

“Emmanuel Makronu anlayıram, Fransanın xəyal qırıqlığı yaşamasını anlayışla qarşılayıram. Amma NATO çərçivəsi xaricində hər hansı bir cəhd içinə girmək, NATO ilə rəqabət etmək və ya kopyalamaq üçün göstəriləcək cəhdlərə inanmıram”, - NATO baş katibi bildirib.(teleqraf.com)