27 Aprel 2024
Makron Zəngəzurdakı vəziyyətlə bağlı təxribatçı BƏYANAT YAYDI

Makron Zəngəzurdakı vəziyyətlə bağlı təxribatçı BƏYANAT YAYDI

14 May 2021
Baxış: 651

Fransa prezidentinin və Ermənistan Baş Nazirinin mətbuat xidmətləri təxribat xarakterli bəyanatla çıxış ediblər.

AJMEDİA.info xəbər verir ki, Emmanuel Makron Azərbaycan-Ermənistan sərhədində yaranmış real vəziyyətə aydınlıq gətirmədən qərəzli bəyanatla çıxış edərək, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham edib.

Halbuki, Azərbaycan XİN-in bəyanatında da qeyd edildiyi kimi, Azərbaycan sərhədçiləri sözügedən ərazilərə - ölkəmizə aid mövqelərə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı üçtərəfli sazişin həyata keçirilməsi məqsədi ilə yerləşdirilirlər.

Fransa tərəfi, ATƏT-in Minsk qrupu çərçivəsində həmsədr statusunun əksinə, bir tərəfin mövqeyindən çıxış edərək, digər tərəfin dünya birliyinə təqdim etdiyi mövqeyini nəzərə almır. Fransa Prezidenti ciddi-cəhdlə BMT Təhlükəsizlik Şurasını prosesə cəlb etməyə çalışır. (virtualaz.org)