21 Sentyabr 2021

Azerbaijan, Baku

20°C/27°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

Macarıstan Hökuməti iqtisadiyyatın pandemiyadan sonrakı bərpasını sürətləndirməyə qəti qərarlıdır

Macarıstan Hökuməti iqtisadiyyatın pandemiyadan sonrakı bərpasını sürətləndirməyə qəti qərarlıdır

24 İyul 2021
Baxış: 572

Macarıstan Hökuməti iqtisadiyyatın pandemiyadan sonrakı bərpasının sürətləndirməsi üzrə əlavə yeddi tədbiri təsdiq edib.

AJM xəbər verir ki, bu xəbəri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto səsləndirib.

“Origo.hu” nəşri izah edir ki, təsdiq edilmiş tədbirlərdən biri Macarıstanın qonşuları sırasından olmayan ölkələrdən gələn ixtisaslı işçilərə müvəqqəti işəgötürmə agentlikləri vasitəsilə Macarıstanda işləməyə imkan verir.

Digər variant, şirkətlər qeydiyyatdan keçmiş iş axtaranları işə götürdüyü təqdirdə, iş yerlərinin yaradılmasına subsidiyalara çıxış üçün bütün bürokratik maneələri ləğv edir.

Peter Siyarto, həmçinin bildirib ki, Nazirlər Kabineti xaricdə macar kompaniyalarının əldə etdiklərinin maliyyələşdirilməsi, ekoloji cəhətdən təhlükəsiz və davamlı investisiyaların dəstəyi proqramlarını təsdiq edib.