27 Aprel 2024
"Maaşları təcili artırmaq lazımdır" - Deputat bahalaşmadan DANIŞDI

"Maaşları təcili artırmaq lazımdır" - Deputat bahalaşmadan DANIŞDI

09 Sentyabr 2022
Baxış: 376

"Azərbaycanda olan qiymət artımlarını dünyada baş verən böhranla əlaqələndirirlər. Diqqət edəndə görürsən ki, həmin böhran Türkiyədə də var, amma qiymətlər bizim ölkəmizdə olandan bir neçə dəfə ucuzdur".

AJMEDİA.İNFO xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, qiymət artımlarını böhranla bağlamaq nə qədər məntiqlidir, bunu söyləməkdə çətinlik çəkir:

"Qiymət artımlarını müəyyən qədər kompensasiya etmək lazımdır. Bunun da yeganə yolu əmək haqqı və pensiyaların artırılmasıdır. Bu artımlar olmasa, məsələ problem olaraq qalacaq. Biz də bu istiqamətdə müvafiq dövlət qurumlarından təklifləri gözləyirik. Bu elə bir məsələdir ki, vətəndaşın sıxıntılarını ortadan qaldırmaq vacibdir. Təcili əmək haqqılarını artırmaq lazımdır", - deyə F.Mustafa vurğulayıb.