27 Aprel 2024
Londonda "Xarı bülbül" kikboksinq tuniri keçirildi

Londonda "Xarı bülbül" kikboksinq tuniri keçirildi

13 Sentyabr 2021
Baxış: 499

İngiltərənin paytaxtı Londonda yaşayan azərbaycanlı keçmiş kikboksçu Hafiz Baxşəliyev "Xarı bülbül" adlı turnir keçirib.

AJMEDİA.İNFO xəbər verir ki bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Veteran idmançının sözlərinə görə, pandemiya səbəbindən yarışda Azərbaycan təmsilçiləri iştirak edə bilməyib.

İngiltərə, İtaliya, Çin, Portuqaliya, Braziliya, Fələstin və başqa ölkələrin təmsil olunduğu turnirdə 28 idmançı qüvvəsini sınayıb. Son iki görüşdə Britaniya Çempionu titulu uğrunda döyüşlər olub.

Turnir zamanı zaldakı monitorlarda İkinci Qarabağ müharibəsinin simvolu olan Xarı bülbül sərgilənib.