27 Aprel 2024
London məhkəməsi Culian Assanjı ABŞ-a ekstradisiya etməməyi qərara alıb

London məhkəməsi Culian Assanjı ABŞ-a ekstradisiya etməməyi qərara alıb

04 Yanvar 2021
Baxış: 1304

Böyük Britaniyanın London Mərkəzi Cinayət Məhkəməsinin hakimi Vanessa Baraytser “WikiLeaks” saytının banisi Culian Assanjın ekstradisiyası barədə ABŞ hakimiyyətinin sorğusuna rədd cavabı verib.

AJM Britaniya KİV-lərinə istinadla xəbər verir ki, məhkəmə sorğunun rədd edilməsini ittiham olunan şəxsin sağlamlığının və psixoloji vəziyyətinin qənaətbəxş olmaması ilə əlaqələndirib.

Amerika tərəfinin London məhkəməsinin qərarından apelyasiya verəcəyi gözlənilir.

Xatırladaq ki, Culian Assanj 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. 2012-ci ildə İsveçin ona qarşı seksual cinayətdə ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb və orada demək olar ki, 7 il gizlənib. 2019-cu il aprelin 11-də “Scotland Yard” Ekvador hökumətinin razılığından sonra Assanjı bu ölkənin səfirliyində həbs edib. Bundan sonra ABŞ hakimiyyəti Culian Assanja qarşı casusluq və haker fəaliyyəti ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb.

Əgər Assanj ABŞ-a ekstradisiya olunarsa, onu 175 il həbs cəzası gözləyir.

Teqlər: London