09 May 2024
London İqtisadiyyat və Siyasət Məktəbində Professor Qubad İbadoğlunun kontraktı daha iki il müddətinə uzadıldı

London İqtisadiyyat və Siyasət Məktəbində Professor Qubad İbadoğlunun kontraktı daha iki il müddətinə uzadıldı

28 İyul 2023
Baxış: 531

London İqtisadiyyat və Siyasət Məktəbində Professor Qubad İbadoğlunun kontraktı daha iki il müddətinə uzadıldı.
AJMEDIA.İNFO xəbər verir ki, Professor Qubad İbadoğlunun hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.
"Bugün dünyaca məşhur London İqtsadiyyat və Siyasət Məktəbində Azərbaycan hakimiyyəti tərəfindən saxta pul kəsmə və dövriyyəyə buraxmaq ittihamı ilə iyulun 23-də həbs etdiyi Professor Qubad İbadoğunun konrtaraktının uzadılması məsələsi nəzərdən keçirilib və onun kontraktı daha iki il müddətinə uzadılıb. Məlumat üçün deyək ki, Qubad bəyin kontraktının müddəti bu il avqustun 20-də başa çatırdı. Bununla bağlı biz (Müdafiə Komitəsinin xarici əlaqələr komissiyasının rəhbəri keçmiş səfir Arif Məmmədov) LSE-nin rəhbərliyi ilə əlaqə saxlamışıq. Onlar LSE-nin dəvətli tədqiqatçısı kimi İbadoğlunun saxta ittihamla həbsindən dəhşətə gəldiklərini bildiriblər".

London İqtisad Məktəbinin rəhbərliyi bildirib ki, Qubad İbadoğlu LSE-nin elm və tədris həyatına böyük töhfə verib, alimlər və tələbələr arasında böyük nüfuza malikdir. LSE-nin Professor Qubad İbadoğlu ilə bağlı bugün yaydığı açıqlamada bildirilir:
"Biz Azərbaycan hakimiyyətini konstitusiyaya və beynəlxalq öhdəliklərə sadiq olduqlarını nümayiş etdirərək, doktor İbadoğlunu dərhal azad etməyə çağırırıq. Daha sonra İbadoğlunun səhhətinin monitorinq edildiyini və onun dərmanlara tam çıxışı olduğunu tez bir zamanda təsdiqlənməsini istəyirik".