29 Aprel 2024
Livanın 5 şəhəri BOMBALANDI

Livanın 5 şəhəri BOMBALANDI

15 Fevral 2024
Baxış: 439

Fevralın 14-də İsrail qırıcıları bir qadının ölümü və 8 nəfərin yaralanması ilə nəticələnən hücuma cavab olaraq Livan ərazisinə zərbələr endirib.

AJMEDİA.İNFO xəbər verir ki, Adçit, Şehabiya, Buslaya, Kfar Dunin Suneh və Əl-Şəhabiyə yaşayış məntəqələrinə hava zərbələri endirilib.

"Hizbullah" hərəkatı İsrail qırıcılarının zərbələrini 2006-cı il müharibəsindən bəri ən qəddar zərbə adlandırıb.

Livanın "Əl-Mayadeen" telekanalı İsrailin hücumları nəticəsində 3 mülki vətəndaşın həlak olduğunu bildirib.

Xatırladaq ki, fevralın 14-də səhər saatlarında Livandan İsrail ərazisinə raket hücumu olub, 1 nəfər ölüb, 8 nəfər yaralanıb.