27 Aprel 2024
Livandan İsrailə raket atıldı - İsrail QARŞILIQ VERDİ

Livandan İsrailə raket atıldı - İsrail QARŞILIQ VERDİ

04 Avqust 2021
Baxış: 661

İsrail Silahlı Qüvvələri Livan ərazisindən raketlərin atılmasına cavab olaraq atəş açıb.

AJMEDİA.İNFO xəbər verir ki, hərbçilər Livandan İsrailə üç raket buraxıldığını aşkar ediblər, onlardan ikisi İsrail ərazisinə düşüb.

İsrail mediasının məlumatına görə, zərərçəkənlər haqqında heç bir məlumat yoxdur.

Qeyd edək ki, bu, İsrail ərazisinin Livandan son iki həftə ərzində ikinci dəfə atəşə tutulmasıdır. Əvvəlki hadisə iyulun 20-də baş vermişdi. Livan ərazisindən İsrailə iki raket atılıb. Raketlərdən birinin qarşısı Dəmir Qübbə hava hücumundan müdafiə sistemi tərəfindən alınıb, digəri isə açıq bir əraziyə düşüb.(axar.az)

Facebook