27 Aprel 2024
Livan və İsrail dəniz sərhədlərinin demarkasiyası haqqında saziş İMZALADI

Livan və İsrail dəniz sərhədlərinin demarkasiyası haqqında saziş İMZALADI

28 Oktyabr 2022
Baxış: 382

Livan və İsrail arasında dəniz sərhədinin demarkasiyasına dair saziş imzalanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu münasibətlə cümə axşamı BMT sülhməramlılarının Naquradakı qərargahında xüsusi mərasim keçirilib.

Livan və İsrail nümayəndə heyətləri imzaladıqları sənədləri BMT-nin xüsusi koordinatoru Coanna Vronetskayaya təhvil veriblər.

Mərasimdə tərəflər arasında vasitəçi kimi çıxış edən amerikalı emissar Amos Hokstin, həmçinin ABŞ və Fransa səfirləri də iştirak ediblər.

Mənbə: TASS