28 Aprel 2024
Linkedln'in 5 ÜSTÜNLÜYÜ

Linkedln'in 5 ÜSTÜNLÜYÜ

01 Oktyabr 2022
Baxış: 301

Linkedln dediyimizdə sənin ağlına ilk nə gəlir ? Sahibkarlar və işəgötürənlər üçün mütləq gərəkli olan sosial şəbəkəmi ? Yoxsa kariyera qurmaq istəyənlər üçün professional sosial bağlantılar yarada biləcəkləri platformamı ?

O zaman belə deyək;

Linkedln, iş dünyasında özlərini professionallaşdırmaq istəyənlərin digər insanlarla əlaqə qurması və informasiya mübadiləsi edərək öz sosial bağlantılarını yaratmalarına imkan verən xüsusi platformadır.

2002 -ci ildə Reid Hoffman tərəfindən yaradılan Linkedln’nin missiyası uğur qazanıb, professionallaşmaq istəyən insanları bir yerə toplamaqdır. Linkedln’nin Facebook və Instagram kimi sosial şəbəkələrdən əsas fərqi iş və kariyera yönümlü olub, iş təcrübələrini, tamamladığınız kursları, layihələrinizi, yazılarınızı paylaşaraq özünüzü bir növ insanlara təqdim etməyə kömək edir.

Linkedln’nin 200 dən çox ölkədə və bir çox sektordan 660 milyondan çox istifadəçisi mövcuddur. İstifadəçilərin əksəriyyəti 30-49 yaş arası insanlardır.

Bəs Linkedln bizə hansı üstünlükləri təqdim edir?
1. LinkedIn həm sosial şəbəkə, həm də professional iş ortamıdır. Burada minlərlə kolleqanızla əlaqələr qura, “networking” yarada bilərsiniz.
2. LinkedIn’də vaxt keçirməklə əmək bazarının yenilikləri, tələbləri ilə tanış ola, trendləri izləyə bilərsiniz. Bu platforma üzərindən iş təklifi almış insanlar da çoxdur.
3. LinkedIn’də insanlar əksərən real məlumatları ilə profil qurduğu üçün digər sosial şəbəkələrdən daha güvənilirdir. Satış sahəsində işləyənlər üçün bu nüans daha önəmlidir, həm də siz alıcılarda inamlı obraz yaradacaqsınız.
4. LinkedIn profili sizin canlı CV-niz rolunu oynayır. Burada siz iş və təhsil tarixçənizi, hobbilərinizi, ən önəmlisi biliyinizi təqdim edə bilərsiniz.
5. LinkedIn’dəki bloqerlərin, aktiv istifadəçilərin paylaşımlarını izləməklə dünya görüşünüzü, motivasiyanızı artıra, karyera məsləhətləri ala bilərsiniz.

Müəllif: Əmrah Mövsümzadə (Rotera Group -un rəhbəri, Dijital Marketoloq)
© ajmedia.info