08 May 2024
Ləğv edilmiş MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi və digər şəxslərin məhkəməsinin vaxtı məlum olub

Ləğv edilmiş MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi və digər şəxslərin məhkəməsinin vaxtı məlum olub

09 Sentyabr 2021
Baxış: 633

Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Şirinov Nizami Talış oğlu və digər vəzifəli şəxsləri tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

AJMEDİA.İNFO-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun icraatına verilən cinayət işinin hazırlıq iclası sentyabrın 23-ə təyin olunub.

Cinayət işində Emin Abbasov, Rahib Ağayev, Vüqar Ağayev zərərçəkmiş qismində tanınıb. (apa)