29 Aprel 2024
Latın Amerikası ölkələrində koronavirusa yoluxanların sayı milyonu ötüb

Latın Amerikası ölkələrində koronavirusa yoluxanların sayı milyonu ötüb

01 İyun 2020
Baxış: 497

Latın Amerikası ölkələrində yeni tip koronavirusa yoluxanların sayı milyon nəfəri ötüb, 51 mindən çox insan isə COVID-19 infeksiyası səbəbindən həyatını itirib.

AJM pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ən çox yoluxma və ölüm halları Braziliyada qeydə alınıb – müvafiq olaraq 514 min 992 və 29 min 341 nəfər. Peruda 164 min 476 nəfər koronavirusa yoluxub, 4 min 506 nəfər isə vəfat edib. Çilidə yoluxanların sayı 99 min 688 nəfər, ölənlərin sayı isə 1054 nəfər təşkil edir.

Latın Amerikasında əhalinin sayına görə Braziliyadan sonra ikinci yerdə qərarlaşan Meksikada 90 min 664 COVID-19 xəstəsi aşkarlanıb, 9 min 930 nəfər ölüb. Ekvadorda isə yoluxanların sayı 39 min nəfəri ötüb, 3 min 358 nəfər COVID-19 xəstəliyinin qurbanı olub.

Qeyd edək ki, Bakı vaxtı ilə bu gün saat 17:10-a olan məlumata əsasən, dünyada koronavirusa 6,3 milyona yaxın yoluxma və 374 min 419 ölüm faktı qeydə alınıb, 2 milyon 864 mindən çox insan sağalıb.