27 Aprel 2024
“Kurtlar Vadisi” və “EDHO”nun məşhur aktyoru QƏZAYA DÜŞDÜ – FOTOLAR

“Kurtlar Vadisi” və “EDHO”nun məşhur aktyoru QƏZAYA DÜŞDÜ – FOTOLAR

19 Yanvar 2023
Baxış: 317

Türkiyənin məşhur aktyoru Mesut Akusta qəzaya düşüb.

AJMEDİA.İNFO Savash.org-a istinadən xəbər verir ki, aktyorun serialın çəkilişi vaxtı dişi yerindən çıxıb. O, həkimə getdiyi avtomobildən enərkən səndələyib və yerə yıxılıb. Sürücüsü arxaya baxmadan maşını idarə etməyə başlayıb və aktyorun 3 barmağı maşının təkərinin altında qalıb.

Barmaqları qırılan ustad aktyora həkimlər müdaxilə edib və əli gipsə alınıb. Aktyorun vəziyyətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, Mesut Akusta Azərbaycan tamaşaçısına “Kurtlar Vadisi Pusu” və “Eşkiya Dünyaya Hükümdar Olmaz” seriallarından tanışdır.

Belə ki, aktyor “Kurtlar Vadisi Pusu”da 60 bölüm “Ünsal Kemal” obrazını, “Eşkiya Dünyaya Hükümdar Olmaz”da isə 30 bölüm “Ekrem Yıldıran” obrazını canlandırıb.