08 May 2024
Kriminalistdən kritik yazı: “7 yaşlı Fəridin qatilini tapdılar”

Kriminalistdən kritik yazı: “7 yaşlı Fəridin qatilini tapdılar”

05 May 2023
Baxış: 408

"Budur, qoçaqlar heç üstündən 2 gün keçməmiş 7 yaşlı Fəridin qatilini çalışıb tapdılar. O məşqçini və mənsub olduğu "döyüş idmanı" qruplaşmasını saxlayan oliqarxlar dərhal imkan resurslarını və xidmətlərindəki jurnalistləri də işə salıb, ölən uşağın onsuz da əməlli psixoloji durumda olmayan və uşağının ölümündən də sonra betər "başı itmiş" hala düşən anasından tez, "jurnalist fəndi ilə" müsahibə götürtdülər".

AJMEDİA.İNFO sherg.az-a istinadən xəbər verir ki, bu sözləri Feysbukda hüquqşünas-kriminalist İlqar Altay yazıb.

O, məşqdə ağır xəsarət alıb dünyasını dəyişən uşağın anasını günahlandıranları qınayıb:

"Gurhagurla ictimaiyyətə yaydılar ki, Fəridin anasından bunların "Gözləri nəsə, su içmir" və qadın özünü bir cür, şübhəli aparır, gözündən yaş çıxmır, danışığı hərəkətləri şübhə doğurur. Bu qadında nəsə var, uşağını heç vecinə alana oxşamır, o məşqçiyə "vurulmuşa" oxşayır, filan.

Az qala, yekun nəticə olmaqla fikir yayalar ki, demək, ananın öz oğlunun ölümündə "əli" var! Hələ mükafatdan başı gicəllənib, fərəhlənən bəzi jurnalistlər yazırlar ki, biz gedib istintaqçı, kriminalistdən də yaxşı iş apardıq, qadını sözə tutub, söz almaqla. Elə bilirlər bununla iş bitdi.