29 Aprel 2024
Krımda mobil rabitə qülləsindən Ukrayna bayrağı dalğalandırılıb

Krımda mobil rabitə qülləsindən Ukrayna bayrağı dalğalandırılıb

23 Mart 2023
Baxış: 827

Ukraynanın işğal olunmuş Krım yarımadasının Qruşevka kəndində mobil rabitə qülləsində Ukrayna bayrağı ucaldılıb.

Bu barədə “Cənub” operativ komandanlığının polkovniki Vladislav Nazarov teleqramda bildirib.

Onun sözlərinə görə, işğal altındakı ərazilərdə ortaya çıxan Ukrayna bayrağı “müqavimətin simvollarından biridir”.

“Krım bizi gözləyir, vətəndaşlarımız bizi gözləyir və biz fəal şəkildə evə qayıtmağa hazırlaşırıq!”, - o əlavə edib.