29 Aprel 2024
Kreml: “Taliban” hərəkatının hüquqi statusuna hələ tezdir

Kreml: “Taliban” hərəkatının hüquqi statusuna hələ tezdir

30 Avqust 2021
Baxış: 449

“Taliban” hərəkatının hüquqi statusuna yenidən baxılması məsələsindən danışmaq hələ tezdir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Hələlik məsələnin bu cür qoyuluşu tezdir.

"Bilirsiniz ki, həm prezident Putin, həm də xarici işlər nazirliyi, “biz Əfqanıstanda formalaşacaq rəhbərliyin ilk addımlarına baxmağa meylliyik”, deyiblər. Gəlin unutmayaq ki, indiyə qədər ölkədə rəhbərlik quruluşu belə formalaşmayıb", deyə Kremlin sözçüsü “Taliban”ın hüquqi statusuna yenidən baxılıb-baxılmayacağı ilə bağlı suala cavabında bildirib.

Onun sözlərinə görə, hələlik ölkədən xaricilər və vətənlərini tərk etmək arzusunda olan əfqanların təxliyəsi gedir: "Əfqanıstan ərazisində terrorçu qrupların və ünsürlərin olması ilə əlaqədar təhlükəli bir proses gedir. Bu səbəbdən, “Taliban” hərəkatının ilk addımlarının nə olacağını görmək çox vacibdir. Sonra bəzi nəticələr çıxara bilərik".

Qeyd edək ki, “Taliban” Rusiyada qanunvericiliklə fəaliyyəti qadağan edilmiş terrorçu təşkilat hesab olunur. (APA)