29 Aprel 2024
Kreml: "Qərbin sanksiyaları Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək planına təsir etməyəcək"

Kreml: "Qərbin sanksiyaları Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək planına təsir etməyəcək"

27 Mart 2023
Baxış: 460

“Qərbin Rusiyaya qarşı mümkün sanksiyaları və ya reaksiyası Moskvanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planına təsir etməyəcək”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov martın 27-də jurnalistlərə açıqlamasında bildirib.

O, Rusiya Prezidenti Vladimir Putinin məsələ ilə bağlı izahat verdiyini vurğulayaraq deyib: “Əlavə etməyə heç nə yoxdur”.

Qeyd edək ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb.

NATO, ABŞ, Avropa İttifaqı, Çin və bir sıra dövlətlər Rusiyanın bu planına qarşı çıxıb.