27 Aprel 2024
Koronavirusun ilk halları Çexiya və Dominikan Respublikasında təsdiqləndi

Koronavirusun ilk halları Çexiya və Dominikan Respublikasında təsdiqləndi

02 Mart 2020
Baxış: 430

Çex Respublikasında və Dominik Respublikasında koronavirusun ilk halları qeydə alınıb. Qeyd etmək lazımdır ki, Çexiyada dərhal üç yoluxma hadisəsi qeydə alınıb. Bu barədə cursorinfo saytı xəbər yayıb.

Məlumdur ki, iki xəstə Praqada, daha biri Usti nad Labemdə qeydə alınıb. Bildirilir ki hər uç şəxs İtalıyadan qayıdanlardır.

Xəstələrdən biri İtaliya universitetində təcrübə keçdikdən sonra Praqaya qayıdıb; ikincisi Milanda təhsil alan bir Amerikalı; üçüncüsü - tətilini İtaliyanın xizək kurortunda keçirib.

Dominik Respublikasında qeydiyyatda olan bir yoluxmuş şəxs isə, virus əlamətləri olmadan bu ölkəyə İtaliyadan gələn vətəndaşdır.

Xatırladaq ki, İsrail Səhiyyə Nazirliyi yeni bir tövsiyə verərək, İsrail vətəndaşlarından xaricə səyahət etmək imkanlarını nəzərdən keçirməyə çağırmışdır.