29 Aprel 2024
Kolumbiyaya silahlıların hücumu nəticəsində 5 əsgər həlak olub

Kolumbiyaya silahlıların hücumu nəticəsində 5 əsgər həlak olub

11 Sentyabr 2021
Baxış: 404

Venesuela ilə sərhəddə "Milli Qurtuluş Ordusu" solçu üsyançı qruplaşmasının hücumu nəticəsində 5 Kolumbiya əsgəri həlak olub.

AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, bu barədə Kolumbiya Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücum zamanı daha 6 əsgər yaralanıb.

Hücum zamanı silahlı mütəşəkkil dəstə tərəfindən tüfənglər və pulemyotlardan istifadə edilib.

Kolumbiya Prezidenti İvan Duke bildirib ki, hücum Venesuela ərazisindən planlaşdırılıb. Bundan əvvəl rəsmi Boqota Karakası kolumbiyalı üsyançılara dəstək verməkdə günahlandırmışdı.