27 Aprel 2024
KİV: İsraildə üç nazir koronavirusa görə karantinə göndərilib

KİV: İsraildə üç nazir koronavirusa görə karantinə göndərilib

02 Avqust 2020
Baxış: 1613

İsrailin təhsil və su ehtiyatları naziri Zeev Elkin, icmalarının inkişafı və möhkəmləndirilməsi naziri Orli Levi-Abukasis və dini işlər üzrə naziri Yakov Avitan avqustun 9-na kimi karantinə göndəriliblər.

AJM bildirir ki, bu barədə "Yedioth Ahronoth" qəzeti xəbər verib.

3 nazirin karantinə göndərilməsinə səbəb onların həmkarı Qüds İşləri Naziri Rafi Peresdə koronavirusun aşkar edilməsi olub.

Qeyd edək ki, nazir Peres şənbə günü öz “Twitter” səhifəsində virusa yoluxduğunu bildirib.